"Con Toşak mənə dedi ki..." MÜSAHİBƏ

00:01 - 17 Oktyabr 2013

Kamran Abdullazadə:"Mən həmişə həm milli komandama, həm də klubuma kömək etmək istəyirəm"
 
 
19 yaşlılardan ibarət milli komandamız İsveçdə təşkil olunan AÇ-2015 seçmə mərhələsində qrupda 1 xalla son pilləni tutub.
 
Millimizin futbolçusu Kamran Abdullazədə öz fikirlərini Sportal.az-a müsahibəsində bildirib.
 
- İsveçə 1:5 hesabı ilə məğlub oldunuz. Bu biabırçı məğlubiyyət haqqında nə deyə bilərsən?
- Bu məğlubiyyət haqqında bilmirəm nə deyim?. Bu oyunda daha çox istəkli idik və bir o qədər həyəcanlı idik. İkinci hissə dəyişikliklərdən sonra irəlidə top saxlaya bildik. Rəqibin 5 künc zərbəsi oldu, 5-idə qolla nəticələndi.
 
- Biz gördük ki, komanda da qapıçı problemi var idi. Razısanmı bu fikirlə?
- Bu barədə onu deyə bilərəm  ki, qapıda Tərlan ("XL") və ya Əyyub (Simurq) olsaydı, qapımızda bu qədər top görməzdik. Onların komandada yeri  görünürdü.
 
- Bu üç oyundan cəmi birində oynadın, o da cəmi 15 dəqiqə. Buna münasibətin necədir?
- Bu turnir cəmi 15 dəqiqə oynadım, bu zamanda əlimdən gələni etməyə çalışdım. Oynamamağımın səbəbini mən də bilmirəm. Mən klubdan tam hazır gəlmişdim və çox isəyirdim komandama kömək edim. Baş məşqçi belə məsləhət gördü. Bəlkə də bundan əvvəlki toplanışa gəlməmişdim və bunun təsiri oldu, oynamadım.
 
- Milli komandaya getməməyini Toşak istədi?
- Klubdan belə məsləhət gördülər, Con Toşak mənə deyirdi ki, sən mənəz lazımsan, komandada gənc oyunçu azdır, qal burada məşq et və əsas heyə uğrunda mübarizə apar. Mən də əlimdən gələni edirəm.
 
- İndi "Xəzər Lənkəran"ın heyətində də səni görə bilmirik...
- Bunu baş məşqçi daha yaxşı bilər. Mən həmişə həm milli komandama, həm də klubuma kömək etmək üçün hazıram.
 
Yusif HÜSEYN

Xəbər xətti