Elvin Yunuszadə: "İnanmıram ki, Naxçıvanda eyni hadisələr yaşansın"
"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadənin Sportal.az-a müsahibəsi
- “Rəvan”la oyuna hazırsız?
- Şükür hər şey yaxşıdır. Yaxşı hazırlaşmışıq. İnanırıq ki, bu oyundan 3 xalla qayrılacağıq.
- Rəqibiniz “Qarabağ” və “Xəzər Lənkəran” kimi komandalardan xal alıb. Həmçinin yeni baş məşqçi ilə oyuna çıxacaqlar...
- Bilirik ki, “Rəvan” “Qarabağ” və “Xəzər Lənkəran”la oyunlarda heç-heçəyə nail olub. Amma biz bu oyundan 3 xalla ayılmaq üçün meydana çıxacağıq. Çalışacağıq ki, xal itkisinə yol verməyək.
- Artıq ikinci dövrə başlayır. Səncə, birinci dövrə nə ilə yadda qaldı?
- Məncə, elə bir ciddi bir şey olmadı. Gözlənildiyi kimi maraqlı çempionat gedir. Qarşıdakı oyunlardan da sürpriz nəsə gözləmirəm.
- “Qarabağ” və “Neftçi” ötən mövsümki kimi yenədə şərikli liderdir. Səncə, yenə çempionluq yarışı bu iki komanda arasında gedəcək?
- İndidən nəsə demək olmaz. Amma hər iki komanda həmişə çempionluq üçün oynayıb.
- Səncə, “Neftçi” ötən mövsümki gücünü bərpa edib?
- Yenə də turnir cədvəlində “Qarabağ”la birlikdə liderik. Məncə, dəyişikliklərdən sonra komandamız artıq öz oyununu tapıb.
- Bahodır Nasimovun vəziyyəti necədir?
- Artıq bizimlə məşqlərə başlayıb. Düşünürəm ki, qarşıda oyunlarda meydana çıxa biləcək. O komandamıza çox kömək edəcək.
- Qarşıda sizi Superkubok oyunu gözləyir. Bu oyun barədə nə deyərdin?
- Azarkeşlər yenə də maraqlı oyun izləyəcəklər. Biz Superkubokun qalibi olmaq istəyirik.
- “Neftçi” və “Xəzər Lənkəran” arasında son iki oyunda çox pis hadisələr yaşanmışdı. Naxçıvanda bu davamı ola bilərmi?
- Yox, düşünürəm ki, hər iki komanda, həm də oyunu təşkil edən qurumlar hər şeyə nəzarət edəcək. Və həmin gün sadəcə meydandakı gözəl mübarizə ilə yadda qalacaq.
Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi