Tərlan Əhmədov:"Hər bir komandaya yeni baş məşqçi təyin olunanda..."
Premyer Liqanın 10-cu turunun açılış oyununda “Neftçi” doğma meydanda “Rəvan”la qarşılaşdı.
Sportal.az xəbər verir ki, oyunun ilk hissəsini məğlub başa vuran Tərlan Əhmədovun yetirmələri ikinci hissədə əzmkar qələbə ilə azarkeşlərini sevindirdi – 2:1. Oyundan sonra hər iki komandanın məşqçisi fikirlərini bölüşüb.
Şahin Diniyev: “Komandanın son bir həftədə keçirilən məşqlərindən sonra bugünkü oyun göstərdi ki, fiziki hazırlığımız istənilən səviyyədə deyil. İkinci hissədə fut Obolçularda güc qalmadı, müdafiədə oynadıq. İlk hissədə Miloş Adamoviçə topa nəzarət etmək tapşırığı verilmişdi, öhdəsindən gələ bilmədiyi üçün əvəzlə`ndi. Fikrimcə, “Neftçi” göstərdiyi oyunla qələbəyə layiq idi. Rəqib futbolçuların ustalıq səviyyəsi çox üstün idi. Komandanın oyununda çatışmazlıqlar var, bunları aradan qaldırmağa çalışacağıq”.
Tərlan Əhmədov: “Premyer Liqada yaranan hər uzun fasilədən sonra komandanı tam heyətlə yığıb məşq keçə bilmirdik. Milli komandada bir neçə fubolçumuz çıxış edir. Hər bir komandaya yeni baş məşqçi təyin olunanda futbolçular özlərini daha da yaxşı göstərməyə çalışırlar. İlk 35 dəqiqədə, sanki, özümüzdə deyildik. Oyunun qalan hissələrini isə üstün oynadıq, istədiyimiz oyunu göstərdik. Qalib gəldiyimiz üçün şadam”.
saytlarin hazirlanmasi