Polisdən Rahid Əmirquliyevə:"Sən heç mənim ayaqqabımı da silə bilmərsən"
Bu gün "Simurq" - "Xəzər Lənkəran" matçından sonra azarkeşlər, futbolçular və polislər arasında münaqişə baş verib.
Sportal.az əməkdaşı baş verən hadisələri geniş şəkildə diqqətinizə çatdırır.
Matç bitdikdən sonra "XL" azarkeşləri meydanı sevincli halda tərk edirdilər. Bu zaman polislərdən biri "Çox sevinməyin, "Neftçi" Naxçıvanda sizi məğlub edəcək" sözü münaqişənin yaranmasında əsas amil olub. Bu zaman Lənkəranlı azarkeşlərdən Mustafa Quliyev polisə cavabını verib. Cavabdan hiddətlənən asayiş qoruyucuları azarkeşləri təpikləyə-təpikləyə maşına basıb bölməyə aparıblar. Bunu görən futbolçu Rasim Ramaldanov azarkeşi polislərin əlindən almağa çalışsa da, o da polis tərəfindən müqavimətlə üzləşib. Daha sonra komandanın kapitan hadisə yerinə gəlib. Polislə mübahisədən sonra polis futbolçuları tənqid etməyə başlayıb.
"Sən heç mənim ayaqqabımı da təmizləyə bilmərsən" sözündən sonra polis futbolçunun üzərinə hücuma keçib. Lakin klub mühafiçiləri futbolçuları oradan uzaqlaşdırıb.
Daha sonra Lənkəranlı azarkeşlər bu məsələni saytımıza belə açıqlayıblar:
"Biz şüarlar deyə deyə staionu tərk edirdik, bu zaman polis bizə "Çox sevinməyin, "Neftçi" Naxçıvanda sizi məğlub edəcək", daha sonra isə müxtəlif söyüşlər söyüb. Nəyinki bizə, hətta valideynlərimizi təhqir ediblər".
Azarkeş hal-hazırda Səbail rayon polis bölməsindədir. Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə azarkeş bu gün sərbəst buraxılacaq:
"Artıq polis bölməsi ilə əlaqə saxlamışıq. Bu gün azarkeşimiz sərbəst buraxılacaq"
saytlarin hazirlanmasi