"İnter"in futbolçusu:"Bu gün yaxşı oynadıq, amma ..."

23:20 - 19 Oktyabr 2013

"Nə zaman baş məşqçi şans versə, mən oynamağa hazıram"
 
"İki oyun idi qalib gəlirdik, bu gün məğlub olduq. Demərəm ki, bu gün pis oynadıq. Həm birinci hissə, həm də ikinci hissə yaxşı oynadıq. ANcaq əlimizə düşən şanslardan istifadə edə bilmədik. Çempionatda zəif rəqib yoxdur, artıq bu oyunu unudub növbəti oyunlara diqqətimizi verməliyik. Qarşıda bizi uzun marafon gözləyir"
 
Bu sözləri "İnter"in futbolçusu Samir Zərgərov "Qəbələ" ilə matçdan sonra Sportal.az-a açıqlamasında bildirib. O, meydana az çıxmağı ilə bağlı məsələlərə də aydınlıq gətirib:
"Mən bu komandanın futbulçusuyam. Baş məşqçi nə vaxt şans versə, oynamağa hazıram. bu komanda üçün əlimdən gələni etməyə çalışıram".

Xəbər xətti