"Rəqiblərin hamısı bizə layiqli rəqiblərdir"
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin Sportal.az-a müsahibəsi
- "Sumqayıt"la oyun haqqında danışardın..
- "Sumqayıt"ın sürpriz komanda olduğunu bilirdik. Bu oyuna yaxşı hazırlaşmışdıq və oyunda əsas diqqətli olmağa fikir verdik. İstədiyimiz oyunu nümayiş etdirib layiqli qələbə qazandıq.
- Oyunda zədələndin. Zədən indi necədir?
- Hal-hazırda da zədəliyəm.Zədəmin nə qədər çəkəcəyi sabah məlum olacaq.
-Artıq iki oyundur ki, ardıcıl böyükhesablı qələbə qazanırsınız. Komandan öz oyununu tapıb?
- Demək olar ki, istədiyimiz oyunu göstərə bilərik. Amma bu bizdə arxaynlıq yaratmamalıdır.
- Növbəti həftə Xəzər Lənkəranla qarşılaşacaqsınız…
- Çox güclü rəqibə qarşı oynuyacağıq. Oyunun səfərdə olması rəqibə əlavə güc verəcək. Amma biz də qalib gəlib liderliyi qorumağa çalışacağıq.
- Çempionatda özünüzə ən güclü rəqib kimi sayırsınız?
- Məncə, rəqiblərin hamısı bizə layiqli rəqiblərdir. Biz çalışmalıyıq ki, çempionatda iddiasız rəqiblərə qarşı xal itirməməliyik.
- Son olaraq, bildiyimizə görə, millinin oyunundan sonra formanı komanda yoldaşın Riçard Almeydaya vermişdin..
- Bu məsələnin gündəm olacağını bilmirdim. Oyundan əvvəl məndən istədi, mən də ona hədiyyə etdim. Bir müddət əvvəl o da mənə Braziliyanın formasını vermişdi.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi