Uelsli mütəxəssisdən gözlənilməz addım
Bu gün “Xəzər Lənkəran” klubunun səhər məşqində maraqlı hadisə baş verib. Sportal.az xəbər verir ki, sabah Azərbaycan Superkuboku uğrunda Naxçıvanda “Neftçi” ilə qarşılaşacaq “ağ-yaşıllar”ın hazırlığını izləyənlər arasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da olub.
Gəl ki, sabiq FİFA referisi məşqi kənardan seyr etmək əvəzinə ikitərəfli oyun zamanı meydançanın mərkəzinə qədər irəliləyib. Bunu görən “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak yetirmələrinə “dur” əmri verdikdən sonra Məmmədova yaxınlaşaraq, onu meydandan qovub.
Qeyd edək ki, Xaqani Məmmədov sabah saat 15:00-da başlayacaq “Xəzər Lənkəran” – “Neftçi” matçının hakim-inspektorudur.
Mənbə: Apasport.az
saytlarin hazirlanmasi