Mikel Alvaro: "Baş məşqçi şans versə, oynayacam"
"İnter"in yarımmüdafiəçisi Mikel Alvaronun Sportal.az-a müsahibəsi
- "Qəbələ" oyun haqqında danışardın...
- Biz bu oyunu uduzmalı deyildik. Yaxşı oynadıq, epizodlar qazandıq amma istifadə edə bilmədik. Artıq bu oyunu unutmalı növbəti həftədəki AZAL-la oyuna hazırlaşmalıyıq. Və yenidən qələbə qazanıb uğurlu bir çıxış edəcəyik.
- "İnter"in qol epizodlarında istifadə edə bilməməsinin səbəbi nədir?
- Məncə bəxtsizlik. Əgər yaxşı oynamırıqsa, epizodlar da olmazdı. Əsas səbəb bəxtsizlikdir.
- Bu həftə uzun müddətdən sonra 10 dəqiqə olsa da, səni meydanda görə bildik ...
- Bəli, mən yenidən oynaya bildiyimə görə sevinirəm. İrəlidəki oyunlarda komandama xeyir verəcəyimə inanıram
- Niyə oynamırdın?
- Zədəm var idi, artıq tam sağalıb. Baş məşqçi şans versə, oynayacam
- Azərbaycan mətbuatında sənin komandadan ayrılacağın haqqında xəbərlər yayılır. Düzdür?
- Mən belə şey eşitməmişəm. Əgər belə yazılırsa, deməli səhv yazırlar. Mən "İnter"də xoşbəxtəm və ayrılmaq fikrim yoxdur. Sadəcə zədəmə görə oynamırdım
- Bu məğlubiyyətdən sonra komandanın çempionluq şanslarının olduğunu düşünürsən?
- Düzdür, hal-hazırda vəziyyətimiz o qədərdə yaxşı deyil amma qarşıda hələ uzun marafon var. Bu oyunlarda nəyin baş verəcəyini heç kim bilməz. Biz əlimizdən gələni edəcəyik ki, xal itirməyək.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi