Rahid Əmirquliyev: "O, artıq gecdir, ikinci hissədə dəyişəcəyik dedi"

12:41 - 24 Oktyabr 2013

"Hər ikisi milli komandanın futbolçusudur və..."
 
"Oyun çox gərgin keçdi. Biz oyundan əvvəl meydana yalnız qələbə üçün çıxmışdıq. Şükürlər olsun ki, məqsədimizə çatdıq. 10  nəfər qaldıqdan sonra inamımızı itirmədik və qələbə qazandıq".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev deyib. 
 
 
Kapitan həmçinin hakimlər briqadası ilə "Neftçi"nin qapıçısının eyni forma ilə meydana çıxmasına münasibət bildirdi: "Oyun başlamımaşdan qabaq hakimə yaxınlaşdım və dedim eyni formadasınız, hakim isə "artıq gecdir, ikinci hissə dəyişəcəyik" amma mən ikinci hissədə də bir dəyişiklik görmədim".
 
 Millimizin futbolçusu matç zamanı baş verən mübahisələrə də şərh verib: "Mahir Şükürov və Ağabala Ramazanovla arasındakı mübahisələri sakitləşdirməyə çalışırdım, çünki hər ikisi millinin futbolçularıdı. Məncə, artıq hərəkətlərə yer yoxdur".
 
 Kapitan növbəti həftədəki "Qarabağ"la matça da aydınlıq gətirib: "Çətin oyun olacaq, vaxtımız azdır və bu vaxtdan səmərəli istifadə etməliyik. Bu kubok da biz də əlavə ruh yüksəkliyi yaradacaq"

Xəbər xətti