Pantiç "Rəvan" futbolçularına ilişdi

20:55 - 25 Oktyabr 2013

“Rəvan”ın fiziki göstəricisi çox aşağı səviyyədədi"
 
Premyer Liqanın 11-ci turunda "Rəvan" "Bakı"nı qəbul edib
 
Sportal.az xəbər verir ki, “Bakı”nın baş məşqçisi Milinko Pantiç  Premyer Liqanın 11-ci turu çərçivəsində keçirilmiş “Rəvan”la oyun barədə fikirlərini bölüşüb:
 
 “Rəvan”ın fiziki göstəricisi çox aşağı səviyyədədi. Mənim elə komandam olsaydı, utanardım. Tez tez yerə yıxılmaları, vaxt aparmağa çalışmaları da buna bariz sübutdur. Mən hakimə heç bir etiraz bildirmədim (gülür). Sadəcə, onu qucaqlayıb, təşəkkür etmək istəyirdim. Amma o, buna razılıq vermədi".
 
Qeyd edək ki, "Rəvan" - "Bakı" oyunu 0:0 hesabı ilə başa çatdı. 

Xəbər xətti