"Rəvan" bu gün iki xal itirdi" MÜSAHİBƏ

00:01 - 26 Oktyabr 2013

İvan Pexa:"Şahin Diniyev digər məşqçilərdən fərqlənir"
 
"Rəvan"ın müdafiəçisi İvan Pexanın Sportal.az-a müsahibəsi
 
- "Bakı" ilə oyun haqda danışardın..
- Bizim üçün çox çətin oyun oldu. Komanda bu oyuna çox yaxşı hazırlaşmışdı. Ancaq bu gün bizim üçün bəxtsiz gün idi, çünki son dəqiqələrdə bir topumuz dirəkdən döndü. Komandada o da hiss olunurdu ki, biz oyuna tam hazır deyilik. Artıq bu oyunu unudub "İnter"lə oyuna hazırlaşmalıyıq.
 
- Artıq yeni baş məşqçi ilə çalışırsınız. Şahin Diniyev digər məşqilərdən nə ilə fərqlənir?
- Mən Şahin müəllimi digər məşqçilərdən üstün tuturam. Çünki komandanı həm fiziki, həm də psixoloji cəhətdən oyuna kökləyir. Komandaya iki oyundur rəhbərlik edir, və pnun işi də oyunlarda görünür.
 
- Bu oyunda "Rəvan" bir xal qazandı yoxsa iki xal itirdi?
- Məncə, biz bu gün iki xal itirdik, əgər Vareanın topu qol olsaydı, onda hər şey başqa cür olardı. ANcaq belə matçdan bir xal da pis deyil.
 
- Bu mövsüm "Rəvan"ın konkret məqsədi nədir?
- Biz mövsümə görə heç nə planlaşdırmırıq. Biz oyunudan oyuna fikirləşirik. Ona görə qarşıda bizi uzun marafon gözləyir. Əsas məqsəd hər oyunda qalib gəlməkdir.
 
Yusif HÜSEYN

Xəbər xətti