Skarduelli:"Superkuboku qazanmağımız çempionat oyunlarında da öz sözünü deyəcək"
"Xəzər Lənkəran"ın müdafiəçisi Vanderson Skarduellinin Sportal.az-a müsahibəsi:
- İlk olaraq "Neftçi" ilə Superkubok oyunu haqqında danışardın..
- Oyundan əvvəl yalnız bir məqsədimiz var idi , kuboku qazanmaq və qazandıq. Komanda olaraq yaxşı oynadıq, kuboka layiq də biz idik. Bütün futbolçular əllərindən gələni etdilər, meydanda son ana qədər vuruşdular.
- Uzun müddətdən sonra Azərbaycanda keçirilən Superkuboku qazandınız. Özünü necə hiss edirsən?
- Həddindən artıq çox sevincliyəm. Bu Superkubok bizə çox kömək edəcək, xüsusi ilə də növbəti çempionat oyunlarında.
- Qırmızı vərəqə aldıqdan sonra yenidən oyunda qalib olacağınıza inam var idi?
- Əlbəttə, əgər inam olmasaydı, biz qalib gələ bilməzdik. Sadəcə bizim üçün çətin olası idi, 10 nəfərlə mübarizə aparmaq və elə də oldu. Ancaq bunun da bəhrəsini gördük.
- Oyunda hakimlik necə idi?
- Bu haqda danışmaq işim deyil. Ancaq penaltini təyin etməsi daha sonra ləğv etməsi bizdə psixoloji gərginlik yarada bilərdi. Ancaq komandamız bu qərardan sonra dərhal toparlanmağı bacardı.
- Naxçıvan haqqında təəssüratların necə idi?
- Şəhər olaraq gözəl şəhər idi. Sadəcə stadionun zəmini yaxşı vəziyyətdə deyildi. Bu hər iki komanda üçün çətinlik yaradırdı. Yeri gəlmişkən, bizi Naxçıvanda da yalnız qoymayan azarkeşlərə təşəkkür edirəm.
- Bu tur "Qarabağ"la qarşılaşacaqsınız...
- Bəli, bizim üçün çətin oyun olacaq. Ancaq biz bu oyundan mütləq üç xal götürməliyik. Komandada hal-hazırda əhval-ruhiyyə yüksək 6səviyyədədir. "Qarabağ"dan alınan üç xal bizə "Neftçi" ilə matç öncəsi əlavə ruh yüksəkliyi verəcək.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi