Şahin Diniyev 3-cü klubunda yubileyini qeyd etdi

11:02 - 28 Oktyabr 2013

Azərbaycan Premyer Liqası, 11-ci turdan məqamlar 

 

Premyer Liqanın 11-ci turu bir sıra məqamlarla yadda qalıb. 

Sportal.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, məşqçilərdən Vaqif Sadıqov və Şahin Diniyev diqqət mərkəzinə düşüblər.

Vaqif Sadıqov üçün yubiley oyunu 

TPL-in 11-ci turu AZAL-ın baş məşqçisi Vaqif Sadıqov üçün əlamətdar olub. Təcrübəli mütəxəssis paytaxt təmsilçisinin baş məşqçisi postunda 50-ci oyununu keçirib.

Son turda paytaxt derbisində “İnter”ə 0:2 hesabı ilə uduzan AZAL-ın baş məşqçisi 50 matçda 22 qələbə, 15 heç-heçə və 13 məğlubiyyətə şahid olub. Sadıqovun rəhbərliyi altında 73 qol vuran komanda üçün “İnter”lə görüşdə buraxılan ilk top 50-ci olub.  


mövsüm    turnir              o q h m t x
2011/12    Premyer Liqa    6 2 3 1 5-3 9
2012/13    Premyer Liqa    32 16 9 7 57-32 57
2012/13    Kubok             1 0 0 1 0-1 0
2013/14    Premyer Liqa    11 4 3 4 11-15 15
Cəmi:                            50 22 15 13 73-51 81


75-ci oyunlarında qol vura bilmədilər

Premyer Liqasının XI turu çempionatın ən gənc komandaları “Rəvan”la “Sumqayıt” üçün də əlamətdar olub. Mövsümün autsayderləri 3-cü dəfə çıxış etdikləri Premyer Liqada yubiley matçlarına çıxıb. Hər iki komanda üçün arxada qalan turun matçı 75-ci olub.

Lakin nə “Rəvan”, nə də “Sumqayıt” yubiley oyununda qol vurmağa nail olub. Paytaxt təmsilçisi “Bakı” ilə qolsuz heç-heçə etməklə 1 xal qazana bilib. Sumqayıtlılar isə “Qəbələ”yə 0:2 hesabı ilə uduzub. 

Klub oyun qələbə heç-heçə məğlubiyyət top fərqi xallar

Rəvan (Bakı)   75 23 19 33 90 - 111 88
Sumqayıt       75 16 16 43 63 - 121 64


Şahin Diniyev “100”ə çatdı

Premyer Liqasının XI turu “Rəvan”ın baş məşqçisi Şahin Diniyev üçün də əlamətdar olub. Yeni klubunda ilk xalını qazanan mütəxəssis ölkə çempionatlarında baş məşqçi kimi yubiley – 100-cü matçına çıxıb. “Bakı” ilə oyundakı qolsuz heç-heçəyə qədər 99 oyunda bu postda olan çalışdırıcı “100”ə 3-cü klubunda çatıb.

“Rəvan”a qədər “Qarabağ” və “Kəpəz”ə başçılıq edən Diniyev bu klublar müvafiq olaraq “Qarabağ-Azərsun” və “Gəncə” adlandığı vaxt onların “sükanı arxasında” olub. Premyer Liqada 50-ci qələbənin astanasında olan Diniyevin hesabında 49 qələbə, 21 heç-heçə və 30 məğlubiyyət var. Mütəxəssis Azərbaycan çempionatları tarixində 100 və daha çox oyunda baş məşqçi olan 21-ci çalışdırıcı kimi tarixə düşüb. 

Qarabağ-Azərsun (Ağdam)     2001/02 25 13 2 10 41-34 41
Qarabağ-Azərsun (Ağdam)     2003/04 26 19 3 4 63-17 60
Gəncə                                 2004/05 34 11 9 14 37-37 42
Gəncə                                 2005/06 13 6 6 1 22-8 24
Rəvan                                 2013/14 2 0 1 1 1-2 1
Cəmi:                                 100 49 21 30 164-98 168

Xəbər xətti