"Çempionluq barəsində düşünmək hələ tezdir"
- Lənkəranda "Xəzər Lənkəran"ı böyük hesabla məğlub etdiniz. Oyunu necə xarakterizə edərdin?
- Oyuna yaxşı hazırlaşmışdıq. "Xəzər Lənkəran"ın gücünə bələd idik. Biz çətin oyun gözlədiyinin fərqində idik. Burada oynamaq bizim üçün hər zaman çətin olub. Şükürlər olsun ki, baş məşqçimizin verdiyi bütün tapşırıqları yerinə yetirdik və qələbə qazandıq.
- Meydana əsas heyətdə çıxmışdın və komandanın ən yaxşılarından idin...
- "Sumqayıt"la oyundada meydanda idim. Əlimdən gələnin ən yaxşısını edirəm ki, komandama xeyir verim. "Xəzər Lənkəran"la oyunda bütün futbolçular meydanda var gücləri ilə savaşdılar.
- Öz oyunun barəsində nə deyə bilərsən?
- Nə deyə bilərəm, çıxdım oynadım və komandam qələbə qazandı. Əlbətdəki səhvlərdə edirik. Çalışmalıyıq ki, bu səhvləri irəliləyən oyunlarda aradan qaldıraq.
- Ehtiyyatda qalmaq sənə pis təsir etmir?
- Komandanın heyətində 22 futbolçu var və bunlardan yalnız 11 nəfər meydanda olmalıdır. Oyunçu seçimi baş məşqçiyə məxsusdur və buna da hörmətlə yanaşırıq.
- Əsas rəqiblərinizdən "Neftçi" "Simurq"la matçda xal itirdi və "Qarabağ" "Xəzər Lənkəran"ı məğlub edərək vahid lider oldu. Necə düşünürsən bu mövsüm "Qarabağ" çempion ola biəcək?
- Çempionluq barəsində düşünmək hələ tezdir. Qarşıda bizi hələ 25 çətin oyun gözləyir. Biz hər il çempionluq üçün mübarizə aparırıq. Bu mövsümdə əsas hədəfimiz çempion olmaqdı. Əvvəlki illərdə son turlarda çempionluğu itirirdik. Bu mövsüm əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, çempion olaq.
Yusif Hüseyn
saytlarin hazirlanmasi