"Əsas odur ki, qazana bilməsək də məğlub olmadıq" MÜSAHİBƏ

00:03 - 29 Oktyabr 2013

Anderson:"İstənilən komandanı məğlub edə bilərik"
 
"Simurq"un mərkəz müdafiəçisi Anderson de Oliveyranın Sportal.az-a müsahibəsi
 
- “Neftçi” ilə oyun haqqında nə deyə bilərsən?
- Bizim üçün ağır oyun idi, çünki 4 əsas futbolçumuz yox idi, ancaq komanda yoldaşlarım son ana qədər vuruşduq və nəticəsində bir xal əldə etdik.
 
- Bu qazanılan bir xalı uğur saymaq olar?
- Biz bu oyuna 3 xal üçün çıxmışdıq. Əsas odur ki, qazana bilməsək də məğlub olmadıq. Bir xal da pis nəticə deyil.
 
- Bu həftə “Bakı” ilə qarşılaşacaqsınız. Son üç ildə “Simurq” qalib gələ bilmir, bu dəfə bu tilsimi qıra biləcəksiniz?
- Bizim üçün çox vacib oyundur. Oyuna hələ 4 gün var. Yaxşı hazırlaşıb, uğurlu nəticə ədə etmək istəyirik.
 
- Bu mövsüm “Simurq”un heyətində ən yaxşılardan biri də sənsən. Öz oyununu necə dəyərələndirirsən?
- Hər oyunda meydana çıxanda əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Son oyunlarda öz oyunumu bəyənirəm. Və öz üzərimdə işləməyə davam edəcəm. İnanıram, həm özüm, həm də komandam gözəl oyun göstərəcək.
 
- Çempionatda 11 tur geridə qaldı. “Simurq”un çıxışını necə dəyərləndirirsən?
- Vəziyyətimiz normaldır, amma daha yaxşı da ola bilərdi. Ancaq indi irəlidəki oyunları baxmaq lazımdır. İndi balanslaşdırılmış komandamız var və istənilən komandanı da məğlub etmək güxündəyik
 
Yusif HÜSEYN

Xəbər xətti