Biz "Rəvan"la oyunda zəif təsir bağışladıq
"Bakı"nın yarımmüdafiəçisi Vadim Abdullayevin Sportal.az-a müsahibəsi
- "Rəvan"la oyun haqqında nə deyə bilərsən?
- Rəqib matçda yalnız müdafiə olundu. Belə oyunlarda gərək ilk dəqiqələrdən qol vurasan, yoxsa vaxt irəlilədikcə vəziyyət pisləşər. Həmin oyunda da belə oldu. Bu futboldu, hər şey meydanda həll olunur. Bizim çempionatda zəif komanda yoxdu, zəif oyun var. Biz də "Rəvan"la oyunda zəif təsir bağışladıq.
- "Bakı"nın qələbə qazanmasına nə mane oldu?
- Biz əlimizdən gələni etdik ki, qələbə qazanaq. Belə şeylərə də hazır olmalısan.Tez bir vaxtda qol vurmamağımız, bizim matçı qələbə ilə başa vurmağa mane oldu.
- "Qarabağ"la oyundan sonra səni əsas heyətdə görə bilmədik, amma "Rəvan"la matçda meydanda idi. Səncə, bu, baş məşqçi tərəfindən sənə verilən cəza idi?
- Bu barədə heç nə deyə bilmərəm. Baş məşqçinin qərarına hörmətlə yanaşmaq lazımdır. Hər şey özümüzdən asılıdır.
- Növbəti oyun "Simurq"ladır. Zaqatala təmsilçisi də müdafiə futboluna üstünlük verir və "Bakı" da belə komandalarla oyunda çətinlik çəkir...
- Biz meydana qələbə üçün çıxacağıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Hər şeyin yaxşı olacağına inamım böyükdür.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi