AFFA Sadio Tounkaranı cəzalandırdı

13:24 - 29 Oktyabr 2013

İntizam Komitəsinin iclası keçirilib

 

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, toplantıda Premyer Liqasının XI turunun, Azərbaycan kubokunun 1/16 mərhələsinin oyunlarında və Azərbaycan superkubokuda baş verən hadisələrlə bağlı qərarlar verilib. Azərbaycan Superkubokunun “Xəzər Lənkəran” – “Neftçi” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün  klublar 1000 manat cərimə olunub.

 

Matçın 64-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Sadio Tounkara idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Bu cəza yalnız Superkubok oyununa şamil edilib.

 

Azərbaycan kubokunun 1/16 final MOİK – “Qaradağ Lökbatan” matçının 90+2-ci dəqiqəsində MOİKin futbolçusu Ramil Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.

 

Azərbaycan kubokunun 1/16 final “Mil-Muğan” – “Lokomotiv” matçında “Mil-Muğan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib. Oyunun 42-ci dəqiqəsində “Mil-Muğan”ın  futbolçusu Vasif Mehrəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub. Oyunun 79-cu dəqiqəsində “Lokomotiv”in futbolçusu Nicat Əsgərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub  400 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Lokomotiv”in futbolçusu Kənan Cəfərovla “Mil-Muğan” klubunun futbolçusu Nicat Fərəcli biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanıb, klublar 200 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasının XI turunun “Rəvan” – “Bakı” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. 

Xəbər xətti