"XL"li futbolçunun həyat yoldaşı:"Komandanın ev oyunlarında başqa bir aura yaranır"

15:22 - 29 Oktyabr 2013

Sabrina Leyte:"Xəzər Lənkəran"ın bu il çempion olacağına inanıram"
 
"Azərbaycana gəldiyimiz üçün özümüzü xoşbəxt hiss edirəm. Lənkəran çox sakit yerdir və Bakıdan daha gözəldir".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "XL"in qapıçısı Duqlas Leytenin həyat yoldaşı Sabrina Leyte bildirib. O, "XL"in oyunlarını izlədiyini və komandanın bu il çempion olacağını da bildirib:
"Xəzər Lənkəran"ın ev oyunlarını stadiondan izləyirəm. Bakıdakı oyunlara da getməyə çalışıram. Ancaq hələ təzə gəldiyimə görə yolları və stadionları elə də yaxşı tanımıram. "XL"in ev oyunları ləzzət edir, oyunlarda çoxlu azarkeş olur və başqa bir aura yaranır. "Xəzər Lənkəran"ın irəlidə öz oyununu tapacağına və çempion olacağına da inanıram".
Sabrina həmçinin "Xəzər Lənkəran"ın məğlub olmasının ailəyə də təsiri olduğunu bildirib:
"Komanda uduzanda Duqlas çox hirsli olur və heç kimlə danışmaq istəmir. Ona görə də istəyirəm, "XL" uduzmasın"(gülür)

Xəbər xətti