"Bu turda üçillik həsrətə son verəcəyik" MÜSAHİBƏ

15:30 - 30 Oktyabr 2013

Nenad Kiso:"Məncə, bu pis nəticə deyil"
 
 
"Simurq"un yarımmüdafiəçisi Nenad Kisonun Sportal.az-a müsahibəsi
 
- "Neftçi" ilə oyun haqqında danışardın...
- Çətin oyun oldu, yaxşı komandaya qarşı mübarizə apardıq. Onlar hücum futboluna üstünlük verirdilər, yaxşı futbolçu və qapıçıya malik bir komanda idi. Bir xal qazandıq və hal-hazırda “Bakı” ilə oyun haqqında fikirləşirik.
 
- Bu bir xalı yaxşı nəticə hesab etmək olar?
- Bizim üçün pis nəticə deyil, çünki tam heyətlə oynamadıq, 2-3 əsas oyunçumuz cəzalı idi.
 
- Bu tur "Bakı" ilə qarşılaşacaqsınız və “Simurq” üç ildir ki, “Bakı”nı məğlub edə bilmir...
- Bu haqda bilmirdim, ancaq bu üç illik həsrətə son verəcəyik.
 
- Artıq 11 tur geridə qaldı. Bu müddətdə komndanın oyununu necə dəyərləndirirsən?
- 14 xal qazana bilmişik, məncə bu pis nəticə deyil. Ancaq biz daha yaxşısını da edə bilərik. Hal-hazırda da 4-cü pilləyə çox yaxınıq. İnanıram ki, qarşıdakı 25 turda daha çox xal toplayacağıq.
 
- “Simurq” artıq 5 tura yaxındır ki, qələbəyə həsrətdir ..
- Bayaq qeyd etdiyim kimi, bizim üçün vacib olan bir çox futbolçudan məhrum olmuşduq, ancaq onlar “Bakı” ilə oyunda forma geyinəcəklər. Biz bu tur meydana yalnız üç xal üçün çıxacağıq. Komanda indi yaxşı formadadır.
 
Yusif HÜSEYN

Xəbər xətti