Pantiç və Lippertə şad xəbər

15:55 - 30 Oktyabr 2013

Şəhriyar Əliyev komanda ilə məşqlərə başladı
 
"Bakı" və 21 yaşlılardan ibarət milli komandamızın mərkəz müdafiəçisi Şəhriyar Əliyev çiynindən zədələndiyinin xəbərini vermişdik.
 
Gənc futbolçu artıq komanda ilə məşqlərə başladığını Sportal.az-a açıqlamasında bildirib:
"Artıq iki gündür komanda ilə məşqlərə başlamışam. Əslində noyabrda məşqlərə başlayası idim, amma klubumuzun həkimləri zədənin sağalması və bərpa prosesini tezləşdirdilər. İndi bir az ağrı var, o da normaldır".
Qeyd edək ki, Əliyev bərpa prosesini tez keçdiyi üçün noybarın 15-də 21 yaşlılardan ibarət millimizin Makedoniya ilə matçda oynayacağı gözlənilir.

Xəbər xətti