Novruz Məmmədov:"Bu məsələ çox şişirdildi..."
"Rəvan"ın kapitanı Novruz Məmmədovun Sportal.az-a müsahibəsi
- “Bakı” ilə oyun haqqında danışardın..
- Oyunun çətin olacağını bilirdik və çox ciddi hazırlaşmışdıq. Hal-jazırda turnir cədvəlində elə yerdəyik ki, bizə xal və xallar lazımdır. Bu oyunda da qalib də gələ bilədik, məğlub da ola bilərdik. Son saniyələrdə qaşırdığımız epizodu yada salsaq, çox heyf. Nəticədə bir xal da pis nəticə deyil.
- Oyunda komandan, xüsusi ilə də sən çox aqressividin. Bu aqressivliyin səbəbi nə idi?
- Elə bir səbəb yox idi. Digər oyunlardakı kimi mübarizə apardıq.
- Oyun bitdikdən sonra Rauf Əliyevlə aranda mübahisə yarandı...
- Bu məsələ çox şişirdildi, heç bir ciddi şey yox idi. Sadəcə oyunun yorğunluğu və hirsinə görə bu adi vəziyyət idi. Artıq Raufla mənim aramda heç bi problem yoxdur, hər şey həmişəki kimidir.
- Bu tur son vaxtların formada olan komandası “İnter”lə qarşılaşacaqsınız..
- İndidən sonra hər oyunumuz çətindir. Rəqibimizə hörmətlə yanaşırq və ciddi hazırlaırıq. Bundan sonra xal və xallar qazanmağa çalışacağıq və bunun üçün də mübarizə aparacağıq.
- Bu mövsüm “Rəvan”ın heyətində ən yaxşılardan biri də sənsən. Özünü millidə oynamağa layiq görürsən?
- Bircə onu deyə bilərəm ki, keçen il meydana az çıxırdım, demək olar ki oynamadım. Bu mövsüm isə çox oyun oynayıb komandama kömək etmək istəyirəm. Hal-hazırda bəzi çatışmazlıqlar var, bunlar da oynadıqca düzələcək.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi