Vilya ağladı, Del Boske şərh verdi

16:00 - 24 İyun 2014

"Ancaq bunun mümkün olacağını düşünmürəm"
 
İspaniya millisinin forvardı David Vilya ötən gün Avstraliyanı 3:0 hesabı ilə məğlub etdikləri görüşdə komandasının ilk qolunu vurdu.
 
Sportal.az xəbər verir ki, görüşün 57-ci dəqiqəsində əvəzlənən hücumçu ehtiyat oyunçular skamyasında ağladı.

Vilya bu görüşün onun üçün yığmada sonuncu matç olduğunu düşünür: “Milli komandada çıxış etməkdən hər zaman zövq almışam. Gücüm çatsa, hələ 55 yaşıma qədər də futbol oynamaq istəyərəm. Ancaq bunun mümkün olacağını düşünmürəm.

Visente Del Boske məni nə zaman yığmaya dəvət etsə, bu təklifi məmnuniyyətlə qəbul edərəm. Ancaq “Nyu-York Siti”yə transfer olunduğum üçün daha milliyə çağrılacağımı düşünmürəm”.

Del Boske isə məsələyə belə münasibət bildirib: “Mən bilmirdim ki, bu, onun sonuncu oyunu ola bilər. Vilyanın məyusluğunu anlayıram. Mən düşündüm ki, yarımmüdafiə xəttində bizə daha çox enerji lazımdı. Ona görə Matanı meydana buraxdım”.

Xəbər xətti