İspaniya Futbol Federasiyası qərarını verdi: Del Boske qalır, yoxsa gedir?

00:20 - 27 İyun 2014

Baş məşqçiyə növbəti şans
 
İspaniya millisinin baş məşqçisi Visente del Boskenin komandadakı gələcək taleyinə aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, 63 yaşlı mütəxəssis 2016-cı ilə qədər komandanın sükanı arxasında qalacaq.

Təcrübəli mütəxəssis yığma ilə müqaviləsini iki il müddətinə yeniləyib. İspaniya Futbol Federasiyası "DÇ-2014"də uğursuz çıxışına baxmayaraq Visente del Boskeyə "Avro-2016"da da şans verməyi qərara alıb.

Qeyd edək ki, 2008-ci ildən İspaniya millisini çalışdıran del Boske komandasına bir Avropa və bir dünya çempionluğu qazandırıb.

Xəbər xətti