Qvardiola:"Barselona"dan ayrılmaq insanı çox məyus edir"

20:32 - 27 İyun 2014

Qvardiola mətbuata açıqlama verib

 
İspaniyalı mütəxəssis açıqlamasında "Barselona"dan ayrıldığına üzüldüyünü deyib.
 
Sportal.az xəbər verir ki, İspaniya mətbuatına danışan Qvardiola "Barselona"nı tərk etməklə çox şeyi itirdiyini deyib. ""Barselona"dan ayrılmaq insanı məyus edir. Ordan acı çəkmədən ayrılmaq mümkün deyil. Oradan çıxmağımda heç kim günahkar deyil. Sadəcə çox yorulmuşdum".
 
Qeyd edək ki, Qvardiola 2012-ci ilin sonunda "Barselona"dan ayrılmış, 2013-cü ilin əvvəlinən isə "Bayern" (Münen) klubunun baş məşqçisi seçilmişdir.

Xəbər xətti