Madrid klubu 50 milyon avro istəyir
Argentinanın ulduz futbolçusu Anhel Di Mariya “Real”ı tərk etmək qərarına gəlib. Sportal.az xəbər verir ki, 26 yaşlı hücumameylli futbolçu bu istəklə klub rəhbərliyinə müraciət edib.
“Real” onunla yollarını ayırmağın əleyhinə deyil. Lakin “Kral klubu”nun rəhbərliyi argentinalı ilə 50 milyon avro qarşılığında vidalaşa biləcəyini deyib.
Di Mariyanın “Real”dan ayrılmasının səbəblərinə gəlincə, o, hesab edir ki, Madrid klubunda özünə qarşı lazımi diqqət görmür.
saytlarin hazirlanmasi