Del Boske millidən getmir

20:20 - 20 İyul 2014

Dünya çempionatında uğursuzluq yaşayan komandada baş məşqçi məsələsi gündəmdədi
 
Futbol üzrə İspaniya millisinin baş məşqçisi Visente del Boske postunu tərk etməyəcək.
 
Sportal.az xəbər verir ki, bununla bağlı İspaniya Futbol Federasiyası və baş məşqçi birgə qərar veriblər.Federasiyanın gəldiyi nəticəyə görə, milliyə başçılıq etdiyi 6 il ərzində 2 məğlubiyyət del Boskenin postundan uzaqlaşdırılması üçün əsas ola bilməz. Bununla da mütəxəssis 2016-cı il Avropa çempionatına kimi postunda qalacaq.İspanlar onun rəhbərliyi altında 2010-cu il dünya çempionatı və 2012-ci il Avropa çempionatında qalib gəlib.
 
Qeyd edək ki, Visente del Boske İspaniya millisinə 2008-ci ildən başçılıq edir. 

Xəbər xətti