Neymardan şad xəbər

19:23 - 23 İyul 2014

Futbolçu sağalmaq üzrədir
 
Dünya çempionatında ağır zədə alan “Barselona”nın futbolçusu Neymar yaxın günlərdə məşqlərə başlayacaq.
 
Sportal.az xəbər verir ki, həkimlər Neymara avqustun əvvəlindən məşq etməyə icazə veriblər. Həkimlərin qənaətinə görə, Neymarın tam bərpası üçün 45 gün tələb olunur.
 
Qeyd edək ki, Neymar dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində Kolumbiya ilə keçirilən oyunda zədələnmişdi.

Xəbər xətti