"Bu məsələdə danışılası artıq heç bir şey qalmayıb"
Madrid “Real”ının aparıcı futbolçularından olan Sami Xediranı “Çelsi”, “Mançester Yunayted” və “Arsenal” kimi klublar heyətində görmək istəyirlər. Lakin “Real”ın baş məşqçisi Karlo Ançelotti onu komandada saxlamaq istəyir.
Sportal.azxəbər verir ki, italiyalı mütəxəssis İspaniya mətbuatına açıqlamasında bu məsələdə son nöqtəni qoyub:
“Xedira “Real”ın oyunçusudur və o, heç yerə getməyəcək. Alman futbolçunun “Real”la 2015-ci il iyunun 30-a qədər müqaviləsi var. Bu məsələdə danışılası artıq heç bir şey qalmayıb”.
Xatırladaq ki, Xedira “Arsenal”a keçməyə yaxın olsa da, futbolçu ilə London klubu maliyyə şərtlərində razılığa gələ bilməmişdilər.
saytlarin hazirlanmasi