Kardifdə final
UEFA superkubokunun yeni qalibi müəyyənləşib.
Sportal.az-ın məlumatına görə, Kardifdə keçirilən oyunda azarkeşlər İspaniya finalının şahidi olublar.
Həlledici görüşdə ötən mövsüm 10-cu dəfə Çempionlar Liqasını qazanan "Real" (Madrid) və Avropa Liqasının qalibi "Sevilya" komandaları üz-üzə gəlib.
Kriştiano Ronaldonun dublu "Real"a 2:0 hesablı qələbə qazandırıb. Bununla da Madrid klubu superkubokun qalibi olub.
Qeyd edək ki, "Real" tarixində ikinci dəfə UEFA superkubokunu qazanır.
12 avqust
UEFA superkuboku, final
23:45. "Real" (Madrid, İspaniya) - "Sevilya" (İspaniya) - 2:0
Qol: Ronaldo, 30 (1:0), 49 (2:0)
saytlarin hazirlanmasi