"Barselona" Sonqdan qurtulmağın yollarını axtarır

11:55 - 19 Avqust 2014

Ya satacaqlar, ya da icarəyə verəcəklər

 

Yay transfer pəncərəsi bağlanana qədər Aleksandr Sonqun yeni klubu məlum olacaq.

 

Sportal.az xəbər verir ki, “Barselona” kamerunlu futbolçu ilə yollarını ayırmaq niyyətindədir. Kataloniya klubu 26 yaşlı futbolçunu 8 milyon avroya satmağa hazırdır. Hətta Sonqun icarəyə verilməsi də mümkündür.

 

Qyd edək ki, Sonqun yenidən İngiltərə çempionatına yollanmaq istəyində olduğu da məlumdur. 

Xəbər xətti