Uruqvaylı hücumçunun "Barselona"da ilk matçı
Suares dünən keçirilən "Leon"la yoldaşlıq görüşündə meydanda olub.
Sportal.az xəbər verir ki, Uruqvaylı futbolçu görüşün 75-ci dəqiqəsində Rafinyanı əvəzləyib.
"Barselona" - "Leon" qarşılaşması İspaniya təmsilçisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Beynəlxalq İdman Arbitraj məhkəməsi Suaresin məşqlərdə və yoldaşlıq görüşlərində meydana çıxmasına icazə verib.
saytlarin hazirlanmasi