Portuqaliyalı ulduz Noyerlə Robbeni qabaqladı
Ötən mövsümün yekunlarına görə “Real” klubunun portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldo Avropanın ən yaxşı oyunçusu seçilib.
Sportal.az xəbər verir ki, Portuqaliya millisinin kapitanı sorğuda almaniyalı qapıçı Manuel Noyer və hollandiyalı Aryen Robbeni qabaqlayıb. 2013-2014 mövsümündə Madrid “Real”ı ilə İspaniya kuboku və Çempionlar Liqqası kubokunu qazanan Ronaldo dördüncü futbolçudur ki, bu titula sahib çıxır.
Portuqaliyalı ulduza qədər Lionel Messi (2010-2011), Andres İnyesta (2011-2012) və Frank Riberi (2012-2013) Avropanın ən yaxşı futbolçusu olub. UEFA-nın keçirdiyi sorğuda 54 ölkənin idman jurnalistləri iştirak edib və onlaarın səsvermələrinin nəticəsi ilə Avropada ilin ən yaxşı oyunçusunun adı açıqlanır.
saytlarin hazirlanmasi