"Atletiko"nun futbolçuları Xavi və Vilyanın formasını seçdi.
İspaniya millisində bəzi futbolçuların forma nömrələrində dəyişiklik baş verib.
Sportal.az xəbər verir ki, Koke millidəki karyerasını başa vuran Xavinin geyindiyi 8 nömrəli formanı geyinəcək. Raul Qarsiya isə David Vilyanın geyindiyi 7 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Xavi və D.Vilya DÇ-2014 başa çatdıqdan sonra millidəki karyeralarını başa vurublar.
saytlarin hazirlanmasi