Qovala məni! YAZI

14:46 - 4 Sentyabr 2014

Ə, bir bax gor gəlir arxamca?!“

Alo, salam. Mənə Berlinə olan ilk uçuşda yer ayırmağınızı xahiş edirəm.”


Bəlkə getmiyim?. Əşşi, kim nə deyəcək?! Deyərəm ki, yoldaşlıq oyunu olduğundan bəzi eksperimentlər apardım. Gənc oyunçulara şans verdim ki,
Avropa seçmələrində heyəti formalaşdıra bilim. Onsuzda qovalayan yox bir şey yox. Rahat oturmuşuqda. Birdəartıq xərc niyə verim biletə. Getmək
istəsəm “AFFA”-ya deyərəm ki, ailə problemi ilə bağlı getməliyəm,yəqinbaşa düşüb yol xərcini də odəyərlər.Hələ bəlkə cibimə puldabasdılar. Bəh-bəh.
Necədə xoşbəxtəm!

“Özünə umac ova bilmir, özgəsinə əriştə kəsir!”

“Deyirəm də, bu italiyalının müqaviləsini uzatmağı Rusiya üçün yaxşı olacaq. Bizim kimi möhtəşəm məşqçiyə sahib olan millini uda bildilərsə, gör
sabah nələr eliyər. Gərək Kapelloyla yaxınlıq eliyim. Müsəlmanlara güvən yoxdu. İşdi birdən burdan qovalasalar məni qaçım onun yanına. Birdən iş zad
verdi mənə.Deyərəm ki: yadıva gəlir, oynamışdığ bir dəfə....eee. çaşdım. siz oynamışdız, biz baxırdığe. Bax ordakı başcı mən idim”.

“Nazarov burda, Gökdəmir orda, Eratı da harda olsa oynatdımsa,da ölüm yoxdu!”

“Gedim gərək Almaniya aşağı liqalarına baxım-görüm eliyim. Birdən gözümnən qaçan oyunçu olar, onu da İngiltərə. Fransa yığmalarınnan biri qapar.
Sora gəl, vicdan əzabınnan qurtulgörüm. Yox! belə alınmaz. Gedib bir dəymək lazımdı.Ordan da yolüstü evə dəyərəm. Bu azərilərin bir sözü var:Həm
ziyarət həm ticarət. Yaman deyiblər ama. Mən bu boyda əziyyət çəkib gedib top liqalardan futbolçu tapıb gətirirəm, bunlar da bəyənmirlər.Bu azəri
oyunçuları başa düşmürəm.Azərbaycan Premyer Liqasınnan qat-qat “zəif” olan Türkiyənin aşağı liqasınagedirlər. Mən axı bunları necə başa salım.Düzü,
o liqada heç bir komandanı tanımıram. Belə görürəm ki, mənim sözümü ucuz tuturlar. İndi özümü tanıtmağımın bir yolu var: 1996-cı ildəki uğuruma
bayraq düzəldib asacam evimin “balkon”undan. Onda yaxşı bilərlər qədir-qiymətimi.
 
 
 
Orxan Həsənquliyev

Xəbər xətti