"Mənə dəstək olan hər kəsə təşəkkür edirəm"
“Atletiko” Madrid klubunun hücumçusu Mario Mandjukiçin ÇL-də “Olimpiakos”a qarşı matçda burnu qırılmışdı.
Sportal.az xəbər verir ki, hal-hazırda xəstəxanada olan futbolçu azarkeşlərə səslənib. O, öz tvitter hesabında bunları yazıb:
“Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Gələn həftənin bazar ertəsi məşqlərə qoşulacağam”.
Qeyd edək ki, Mandjukiçin zədələndiyi oyun “Atletiko”nun 2:3 hesablı məğlubiyyəti ilə sona çatmışdı.
saytlarin hazirlanmasi