İspaniya millisinin üzvü Del Boskeni ittiham etdi

02:30 - 20 Sentyabr 2014

"Hollandlara qarşı, tək mən deyil, ümumilikdə komanda zəif oynadı"
 
Braziliyada keçilən dünya çempionatında İspaniya millisinin uğursuz çıxışına aparıcıfutbolçulardan olan Xavi Hernandes belə aydınlıq gətirib.
 
Sportal.az xəbər verir ki, “Barselona”nın sabiq üzvü mindialdakı fiaskolarını baş məşqçi Visente del Boske ilə əlaqələndirib:
 
“Hollandiya millisi ilə oyndan sonra ehtiyatda qaldım. Düzdü, birinci oyunda o qədər də yaxşı oynamadım. Hollandlara qarşı, tək mən deyil, ümumilikdə komanda şəkilində zəif oynadıq. Çili millisi ilə qarşılaşmada meydana çıxacağımı gözləyirdim. Lakin nədənsə baş məşqçimiz mənə ehtiyac görmədi. Çiliyə də məğlub olandan sonra artıq dünya çempionatının bizim üçün bitdiyini anladım”.
 
Xavi “Barselona” klubun tərk edən zaman adının “Bavaraiya” ilə hallanmasına da münasibət bildirib: 
“Bavariya”nın mənimlə maraqlanmasını mətbutda gedən xəbərlərdən oxuyurdum. Onlar nə kluba nə də mənə rəsmi təklif göndəriblər. Əgər belə bir dəvət olsaydı xəbərim olardı. Ancaq mən karyeramı doğma komandam “Barselona”da başa vurmaq istəyirəm”.         

Xəbər xətti