Uruqvaylı futbolçu iki qolla yadda qalıb
"Barselona"nın əvəzedici komandasının heyətində meydana çıxan Luis Suarez ilk qolunu vurub.
Sportal.az xəbər verir ki, hücumçu "Barselona"nın əvəzediciləri ilə meydana çıxaraq, İndoneziyanın 19 yaşadək futbolçularından ibarət komandasına qarşı matçda 2 qola imza atıb.
Qeyd edək ki, matç "Barselona"nın böyük hesablı qələbəsi ilə yekunlaşıb -6:0.