"Barselona" - "Malaqa" qarşılaşmasında qalmaqalın səbəbi açıqlandı
İspaniya La Liqasının ötən turunda “Barselona” – “Malaqa” matçında qalmaqal yaşanıb.
Sportal.az xəbər verir ki, “Barsa”nın argentinalı ulduzu Lionel Messiylə rəqib müdafiəçi Vellinqton arasında mübahisə baş verib. 83-cü dəqiqədə ona görə Vellinqton sarı vərəqəylə cazalanıb.
"Malaqa“ klubunun müdafiəçisi isə etdiyi hərəkətə belə münasibət bildirib: “Messiya qarşı əl qaldırmağımın səbəbi var. O, mənə “it oğlu it” dedi. Onun bu təhqirini cavabsız qoya bilməzdim. Messinin üzündən yapışıb kənara itələdim”
saytlarin hazirlanmasi