Ronaldonun agenti: "Kriştiano karyerasını "Real"da başa vuracaq"

13:55 - 9 Oktyabr 2014

"O, karyerasından məmnundur"

 

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldonun meneceri Jorje Mendeş maraqlı fikir səsləndirib. Sportal.az xəbər verir ki, Mendeş Ronaldonun “Mançester Yunayted”ə mümkün keçidini belə dəyərləndirib:

 

“Manşester Yunayted” Ronaldo üçün çox dəyərlidir. Kriştiano orada 6 ilini keçirib. Ancaq indi onun bütün fikirləri “Real”la bağlıdır. Ronaldo karyerasından məmnundur.

 

Onun “Real”dan gedişi mümkünsüzdür. Həm klub prezidenti ilə, həm də azarkeşlərlə əla münasibətləri var. Kriştiano karyerasını “Real”da başa vuracaq”

Xəbər xətti