İspaniya Futbol Federasiyasından canlı əfsanəyə cəza

16:00 - 11 Oktyabr 2014

Disklivikasiya olundu

 

İspaniya Futbol Federasiyası "Real Madrid B" klubunun məşqçisi Zİzəddin Zidanı 3 aylıq cəzalandırıb.

 

Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, cəzalanmaya səbəb Zidanın məşqçi lisenziyası olmamasıdır. 

 

"Real Madrid" klubu bu cəzaya görə apelyasiya məhkəməsinə müraciət etmək fikrindədirlər. Məhkəmədən müsbət cavab alınmazsa klubun Lozannada yerləşən itman arbitrajına müraciət etməsi gözlənilir. Məsələnin kökü ondadır ki, "Real Madrid B" klubunun rəsmi baş məşqçisi Serxio Sançezdir. Zidan isə onun köməkçisidi. Buna görə də klub rəhbərliyi lisenziyanın olmamasını təbii sayır.

 

Qeyd edək ki, İspaniya 3-cü divizionunda mübarizə aparan "Real Madrid B" 7 turdan sonra 6 xalla 18-ci pillədə qərarlaşıb.

Xəbər xətti