“Burada tanınmış futbolçu olmağınız rol oynamır və qanun hər kəs üçün eynidir"
“Barselona” klubunun müdafiəçisi Cerard Pikenin başına iş gəlib.
Sportal.az xəbər verir ki, qardaşıyla birlikdə şəhərə çıxan Pike avtomobilini “Catvalk” əyləncə mərkəzinin önündə taksilərin hərəkəti üçün ayrılan yerdə saxlayıb. Bunu görən yol polisləri qaydanı pozduğuna görə ulduz futbolçuya cərimə kəsib.
İspaniya millisinin aparıcı üzvü ərimə kəsən polislərə yaxınlaşaraq belə deyib:
“Tanınmış futbolçu olduğum üçün məni cərimələdiniz? Yoxsa məndən pul qoparmaq istəyirsiniz? Sizdən rəhbərinizə şikayət edəcəyəm, iyrənclər və utanmazlar”.
Pikenin təhqirediçi ifadələrini və suallarını polislər cavabsız qoymayıblar:
“Burada tanınmış futbolçu olmağınız rol oynamır və qanun hər kəs üçün eynidir. Avtomobili istədiyiniz yerdə saxlaya bimərsiz”.
saytlarin hazirlanmasi