İspaniyada baş məşqçi istefası

01:30 - 21 Oktyabr 2014

"Kordoba" klubu Albert Ferrer ilə yollarını ayırdı
 
İspaniya La Liqasının 8-ci turunda öz meydanında "Malaqa"ya 1:2 hesabı ilə məğlubiyyətdən sonra  "Kordoba" klubunun baş məşqçisi Albert Ferrer istefaya göndərilib.
 
Sportal.az xəbər verir ki, buna səbəb debütan komandanın uğursuz çıxışı olub.
 
“Kordobo” komandası 8 oyundan sonra 4 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşması rəhbərliyi narazı salıb. Artıq La Liqa təmsilçisinin yeni baş məşqçisi də müəyyənləşib. "Kordoba"nı bundan sonra Miroslav Cukiç çalışdıracaq. Daha öncə La Liqada "Herkules", "Real Valyadolid" və "Valensiya" klublarını çalışdıran 48 yaşlı serbiyalı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Xəbər xətti