İspaniya La Liqası: "Real Sosyedad" "Xetafe"ylə bacarmadı

01:45 - 21 Oktyabr 2014

Yoda komandasına 3 xal bəxş etdi
 
İspaniya La Liqasında 8-ci tura yekun vurulub.
 
Sportal.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub. "Real Sosyedad" doğma divarlar arasında "Xetafe"ni qəbul edib.
 
 
İlk hissədə hesab açılmasa da, matçın son on dəqiqəsi qollu keçib. 82-ci dəqiqədə Herviasın qoluyla ev sahibləri hesabda önə keçsələr belə, qonaqlar tarazlığı bərpa edərək həttta qələbə topunu da vurublar.
 
 
20 oktyabr
 
 
İspaniya La Liqası, 8-ci tur
 
 
"Real Sosyedad" - "Xetafe"  1:2
Qollar: Hervias, 82 - Yoda, 90, 90+4

Xəbər xətti