FİFA-nın qoyduğu qadağaya Suares əməl etmədi

02:30 - 22 Oktyabr 2014

Uruqvaylı futbolçu "Barselona" - "Ayaks" oyununu stadiondan izləyib  

 

“Barselona” klubunun yeni transferi Luis Suares komandasının ÇL-də “Ayaks”la oyununu "Nou Kamp" stadionunda izləyib.

 

Sportal.az xəbər verir ki, uruqvaylı hücumçu DÇ-2014-də İtaliya millisinin müdafiəşisi Corco Kellinini dişlədiyi üçün FİFA ona 4 aylıq cəzalandırıb. Ali qurumun çıxardığı qərarda Suaresə rəsmi oyunlara çıxmaq, məşqlərə qatılmaq və stadiondan oyunlarıizləmək qadağan olunub.

 

Uruqvay millisinin aparıcı üzvünün cəza müddəti oktyabrın 25-də başa çatacaq. Lakin futbolçunun vaxtından əvvəl stadionda görünməsi FİFA-nın daha sərt tədbirlər görməyə vadar edə bilər. Suaresin bu hərəkəti FİFA-nı qıcıqlandırar və futbolçuiya daha ağır cəza verilə bilər.       

Xəbər xətti