Azarkeşlər klub prezidentinin istefasını tələb etdilər

03:00 - 25 Oktyabr 2014

Mallyorkada etiraz aksiyası
 
“Malyorka”nın azarkeşləri klub prezidenti Qabriel Serduya qarşı etiraz aksiyası keçirib.
 
Sportal.az xəbər verir ki,  təxminən 3400 azarkeş klub rəhbərliyini istefa verməsini tələb edib. Bu yaxınlarda prezidentlə mübahisə edən və işdən çıxarılan baş menecer Dudu Avat da etiraz aksiyasında iştirak edib.
 
Qeyd edək ki, Valeri Karpinin baş məşqçisi olduğu “Malyorka” komandası hazırda İspaniya La Liqasında turnir cədvəlinin 17-ci pilləsində qərar tutur.  

Xəbər xətti