"Atletiko" və "Valensiya"iddialıları izləyir
İspaniya La Liqasında 9-cu tur başa çatıb.
Sportal.az xəbər verir ki, turun mərkəzi qarşılaşması Madriddə baş tutub. “Santyaqo Bernabeu” stadionunda “Real” əzəli rəqibi “Barselona”nı sınağa çəkib.
Katoloniya təmsilçisi Neymarın qoluyla hesabda erkən önə çıxsa da, madridlilər Kriştianu Ronaldoyla tarazlığı bərpa ediblər. Fasiləyə heç-heçə ilə yollanan ev sahibləri ikinci hissədə üstün oyun göstərərək “Barsa”nı daha iki dəfə mərkəzdən başlamaq məcburiyyətində qoyublar. “Real”a 3:1 hesabı ilə uduzan “Barselona” La Liqada ilk məğlubiyyətinı alıb.
“Valensiya” “Elçe”ni evdə eyni hesabla üstələyib. “Sevilya” doğma publika qarşısında “Vilyarreal”dan, “Atletiko” isə səfərdə “Xetafe”dən üstün olub.
İspaniya La Liqası 9-cu tur
24 oktyabr
“Selta” - “Levante” 3:0
Qollar: Larrivey, 27, 83, Lopes, 90
25 oktyabr
“Almeriya” - “Atletik” 0:1
Qol: Etxeyta, 56
“Real” - “Barselona” 3:1
Qollar: Ronaldo, 34-pen, Pepe, 50, Benzema, 61 - Neymar, 4
“Valensiya” - “Elçe” 3:1
Qollar: Mustafi, 13, Parejo, 18, Lomban, 63-öz qapısına - Conathas, 90+3
“Kordoba” - “Real Sosyedad” 1:1
Qollar: Xisko, 87 - Martines, 22
“Eybar” - “Qranada” 1:1
Qollar: Boveda, 37 - Nyom, 8
25 oktyabr
“Malaqa” - “Rayo Valyekano” 4:0
Qollar: Samuel, 6, Darder, 21, Cuanmi, 45, Amrabat, 49-pen
“Espanyol” – “Deportivo” 0:0
“Sevilya” - “Vilyarreal” 2:1
Qollar: Suares, 88, Bakka, 90+3-pen - Vietto, 79
“Xetafe” - “Atletiko” 0:1
Qol: Mandzukiç, 41
saytlarin hazirlanmasi