Fransalı 3 məşqçilik etməyəcək
İspaniya Futbol Federiyasının İntizam Komitəsi "Real"ın ikinci komandasının baş məşqçisi Zinəddin Zidanı cəzalandırıb.
Sportal.az xəbər verir ki, buna səbəb fransalının məşqçi lisenziyası olmadan Madrid klubunda işləməsi olub. Fransalı mütəxəssisin üç ay məşqçilik etməsinə qadağa qoyulub.
Qeyd edək ki, Zidan bu ilin iyunundan "Kastilya"nı çalışdırır.