Mandzukiç baş məşqçisini ittiham etdi

05:00 - 30 Oktyabr 2014

"Əgər baş məşqçidən mənfi enerji alıramsa, nəinki onunla işləyərəm..."
 
Mövsümün əvvəlində “Bavariya” klubu ilə yolarını ayıraraq Madrid “Atletoko”suna keçən Mario Mandzukiç sabiq baş məşqçisi Pep Qvardiolanı tənqid atəşinə tutub.
 
Sportal.az xəbər verir ki, xorvatiyalı hücumçu ispaniyalı mütəxəssisin ona qarşı haqsızlıq etdiyini iddia edib:
 
“Qvardiola mənə heç vaxt etimad göstərmədi. O. mənim Bundesliqada bombardir olmağımı istəmirdi. Yupp Haynkesin vaxtında komanda daha yaxşı oyun göstərirdi. Qvardiola ilə birlikdə qəhvə içmək belə mümkün deyildi. Haynkes futbolçularla elə münasibət saxlayırdı ki, hamı ona hörmət edirdi. Əgər baş məşqçidən mənfi enerji alıramsa, nəinki onunla işləyərəm, heç bir yerdə belə oturmaram. Qvardiola da belə məşqçilərdən biridir”.  

Xəbər xətti