Peru yığmasını Simeone çalışdıra bilər

03:00 - 31 Oktyabr 2014

Freddi Ames federasiyanın yeni rəhbəri olacaq   
 
Peru Futbol Federasiyası prezidentliyinə əsas namizəd sayılan Freddi Ames quruma rəhbər keçəndən sonra milli komandanın baş məşqçi postuna tanınmış mütəxəssislərdən birini dəvət edəcək. 
 
Sportal.az xəbər verir ki, yeni rəhbər Peru yığmasını tapşıracaq baş məşqçini də artıq müəyyən edib. Bu, “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeonedir. Freddi Ames Peru millisini gələcəkdə çalışdırcaq mütəxəssis seçimiylə bağlı fikirləri belə olub: 
 
“Kolumbiya futbol məktəbləri yaxşı işləyir.  Braziliyada da uşaq futbolu əla vəziyyətdədir. Peruya gəlincə, bizdə vəziyyət heç də ürəkaçan deyil. Ona görə də yığma komandaya elə məşqçi gətirmək lazımdır ki, Peru futbolunu çətin vəziyyətdən çıxarsın. Baş məşqçi postuna əsas namizəd kimi  Dieqo Simeoneni görürəm. “Atletiko” klubunda onun gördüyü işləri bəyənirəm”.        
 

Xəbər xətti