İspaniya təmsilçisinin Ançelotti təkidi
"Real" (Madrid) klubu baş məşqçi Karlo Ançelotti ilə müqaviləni uzatmaq istəyir.
Sportal.az xəbər verir ki, klub rəhbərliyi italiyalı mütəxəssislə 2017 və ya 2018-ci ilə qədər müqavilə yeniləmək niyyətindədir. 55 yaşlı mütəxəssisin də bu təklifi müsbət qarşıladığı bildirilir. Təcrübəli baş məşqçinin müüqaviləsi 2016-cı ildə başa çatacaq.
Qeyd edək ki, ötən mövsüm Ançelottinin rəhbərliyi altında Çempionlar Liqasını qazanan "Real" İspaniya La Liqasında geridə qalan 10 turdan sonra 24 xalla turnir cədvəlinə başçılıq edir.